00:00:00
Yazar
Zəhra Həsənova
09.10.2026 23:17 35 1 dəq oxuma
Sosial

Əsgərlikdə olan şəxsin kredit borcu hansı şəkildə ödənilir?

Əsgərlikdə olan şəxsin kredit borcu hansı şəkildə ödənilir?

Hərbi xidmətə çağırılan şəxslərin kredit borclarının ödənilməsi qaydası maraq doğuran məsələlərdəndir. Bəs hərbi xidmətə çağırılmaq kredit ödənişlərinin dayandırılmasına və ya borcun ödənilməsinə möhlət verilməsinə əsas yaradır?

 

Mövzu ilə bağlı vəkil Elşad İsayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşın müddətli həqiqi hərbi xidmətə çağırılması onun bank və digər kredit təşkilatları qarşısında mövcud olan borc öhdəliklərinə avtomatik xitam vermir. Eyni zamanda, hərbi xidmətə çağırılma faktı özlüyündə kredit ödənişlərinin dayandırılması və ya borcun ödənilməsinə möhlət verilməsi üçün ümumi hüquqi əsas hesab edilmir. 

 

O bildirib ki, borcalan, bir qayda olaraq, kredit müqaviləsində nəzərdə tutulan ödənişləri vaxtında həyata keçirməlidir. Bununla belə, hərbi xidmətlə əlaqədar gəlirlərin azalması və ya ödəniş imkanlarının məhdudlaşması hallarında şəxs banka müraciət edərək kreditin restrukturizasiyasını, aylıq ödənişlərin azaldılmasını, kredit müddətinin uzadılmasını və ya ödənişlərə möhlət verilməsini xahiş edə bilər.

 

Vəkilin fikrincə, hərbi xidmətə çağırılan şəxsin banka əvvəlcədən yazılı müraciət etməsi və çağırışla bağlı təsdiqedici sənədi təqdim etməsi məqsədəuyğundur. Bu zaman kredit ödənişlərinin yeni şərtlərlə həyata keçirilməsi imkanları müzakirə oluna bilər.

 

O qeyd edib ki, bankın məlumatlandırılması öz-özlüyündə kredit müqaviləsini dəyişdirmir. Müvafiq hüquqi əsas və ya bankla razılaşma olmadıqda, mövcud ödəniş öhdəlikləri qüvvədə qalır.

 

ADA HACIZADƏ

#hansı #gündəm #kredit #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər