Şəhid Fəxrəddin Qurbanlının adına mükafat təsis olunub
Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş məzunumuz Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun adına mükafat təsis olunub.
Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş məzunumuz Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun adına mükafat təsis olunub.
Bu barədə İnformator.az-a “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev məlumat verib.
Sədr qeyd edib ki, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.
Qeyd edək ki, Azərbaycan ordusunun şəhid olmuş əsgəri Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini üçüncülüklə bitirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
