Şəhid Nəzər Əzizov anıldı
Sentyabrın 12-dən 13-ə keçən gecə erməni birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərdən biri də 32 yaşlı Nəzər Əzizovdur. XTQ giziri bu gün Kürdəmirdə məzarı başında anılıb.
2016-ci ildə Aprel döyüşlərində də qəhrəmanlıqla iştirak edən Nəzər Əzizov Vətən müharibəsi başlayanda da cəbhəyə yollanır və düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərir. XTQ giziri 2022-ci ilin sentyabrın 12-dən 13-ə keçən gecə düşmənlə qisas əməliyyatını yerinə yetirərkən qəhrəmancasına həlak olur. Ölümündən sonra “Vətən uğrunda”, ”Xocavəndin, Qubadlının, Suqovuşanın azad olunmasına görə”, ”Şücaətə görə” medalları və eləcə də 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunub. Evli idi, iki övaldı var.
