Şəhidin medalı ailə üzvlərinə təqdim edilib
Milli Ordunun şəhid əsgəri Rüstəm Əzizovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.
Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rüstəm İzzət oğlu Əzizov 2014-cü il noyabrın 20-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsində döyüş postunda olarkən düşmən gülləsinə tuş gəlib.
Medalın təqdimolunma mərasimi şəhidin doğulduğu Astara rayonunun Pəlikeş kəndində keçirilib. Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani Vətən uğrunda şəhid olmuş Rüstəm Əzizovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.
Şəhidin layiq görüldüyü medal valideynlərinə təqdim olunub.
