Si Cinpin-Tramp Telefon Danışığı: Tayvan ABŞ-Çin münasibətlərində əsas gərginlik nöqtəsi
Çin Xalq Respublikasının lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Tayvan məsələsini ABŞ-Çin münasibətlərində “ən vacib məsələ” kimi qiymətləndirib.
Çin lideri Vaşinqtonu Tayvana silah tədarükündə ehtiyatlı olmağa çağırıb və Pekinin ABŞ ilə münasibətlərə böyük önəm verdiyini vurğulayıb. Donald Tramp isə bu danışığı “uzun, əhatəli və müsbət” kimi xarakterizə edib. Zəng son aylarda Qərb liderlərinin, o cümlədən Böyük Britaniyanın Baş naziri Keir Starmerin Çinə səfərləri fonunda baş tutub və böyük güclər arasında münasibətlərin yenidən formalaşması kontekstində diqqət çəkir.
BBC
Banuçiçək Məmmədova
