00:00:00
Yazar
Admin User
04.08.2023 17:40 267 3 dəq oxuma
Sosial

Şiddət göstərmək üçün "insanoğlu" həmişə bir bəhanə tapırdı... Aydan Qasımova yazır

Şiddət göstərmək üçün "insanoğlu" həmişə bir bəhanə tapırdı... Aydan Qasımova yazır

Yazını bu musiqilərlə yazmışam. Məncə siz də bu musiqilərlə oxusanız daha dərindən hiss edə bilərsiniz anlamları.

 

Güz Rüyası-Soner Canözer
Remembrance
Experience
İt's Snowing Like it's the End of the World

 

Baqqalın qarşısında dayandım. Heç kimin olmadığını fürsət bilib ət qoxusu gələn tərəfə getdim. Sahibimin yaxını görmədən tez ətlərdən birini aldım və anamın yanına qaçdım.

 

Artıq qaranlıq düşürdü, lakin anam hələ də burada deyildi. Birdən burnuma qan qoxusu gəldi, qəribə idi. Yaxınlaşdığımda anamın yerdə yatdığını gördüm. Qırmızı rəngi çox sevdiyini bilirdim, amma bu qırmızı ona heç yaraşmamışdı.

 

Qapının açılması ilə yaxınının "Qara Şeytanlar sizi!" deyib dəmir ilə bədənimi kəsməsi bir oldu. Sonrasını nə siz soruşun, nə də mən deyim...

 

15. əsr. "Qara Şeytanların" zülmü

 

İnsanoğlu var olduğundan bəri ayrı-seçkilik edib. Qaradərililərə, qadınlara, heyvanlara və ağlınıza gələ biləcək hər canlıya. Əslində, düşünürəm də, yalnız canlılara da yox, həmçinin, cansızlara. Nəzərə alsaq ki, bir zamanlar əslində insan deyilməli olan şəxslərə qul saydıqları üçün "Cansız əşya" deyilirdi, məncə, şiddət göstərmək üçün "insanoğlu" həmişə bir bəhanə tapırdı.

 

Sizcə, məhv olmalı olanlar qara geyinib müxtəlif tədbirlərdə özlərini "lider" adlandırıb gündəlik həyatında varlıqlara zülm edənlərdir, evləri basıb oğurluq edənlər yoxsa qara bədənli, qara kürklü canlılar? Məhv olmalı olan bədənlər deyil, düşüncələrdir.

 

Yazı yazmağı, fikirlərimi yazıya töküb ortaq düşüncəli insanlarla onları tanımasam da əlaqə qurmağı sevirəm, amma, doğrusu, bir yerdən sonra həmin insanlardan da çəkinirəm.

 

Uşaqlıqdan bəri yazar olmaq haqqında düşünürdüm. Amma mənim fikrimdə canlandırdığım "pis insanlara" ya əziz oxucularım deməkdən də qorxduğumu demədən davam etmək istəmirəm. Ona görə də bir yol tapmışdım - "Mənimlə bənzər ruhlara sahib olan oxucularım".


Çünki yalnız o oxucular, həqiqətən, hiss edə bilər mənim hiss etdiklərimi, o insanlar anlaya bilər.

 

Mövzumuz şiddətdir. Hamımızın ən az bir dəfə, həyatında fiziki və ya psixoloji kimi müxtəlif formalarla qarşılaşdığı bu mövhum-ŞİDDƏT. 

 

Əslində bu tip şeylər haqqında danışmağı çox da sevmirəm, bəlkə də, buna görə Netflixdəki "Qorxu və Gərilim" kataqoriyasındakı film, serialları izləyə bilmirəm. Bəlkə də buna görə onlara baxmaq üçün həssas olsam belə düşüncələrimlə izləmək mövzusunda daim mübarizədə oluram, çünki alışmalı olduğumu düşünürəm.

 

Bəs nəyə? Nəyə alışmalıyıq biz? Sosial mediada təhdid edər deyə profillərimizi gizlətməyəmi? Yoxsa biri bir söz deyər deyə adının yanına qəlb qoyduğumuz, yaxud kod adları ilə yazdığımız insanlarla danışıqlarımızı hər gün, bəlkə də, danışdığımız hər saat, dəqiqə silməyə mi?

 

İzah edin mənə, bunlaramı alışmalıyıq biz? Bunlaramı "İndiki dövrdə belədir də, nə edəsən e?" deyib keçməyəmi?

 

Məncə, başlamalı, dəyişməli olduğumuz yer mənəviyyatımızdır. Şəxsən, heç kimi bilmirəm ki, özümü belə doğru-düzgün tanıdığımı düşünmürəm mən, öncəliklə necə deyərlər, "qatıq-qatıq" düşüncələrdən, insanlardan qurtulmalıyıq biz. Sizə yalan deməyəcəyəm. Övladlarının başını telefon, tablet, pul və bəlkə də yeməklərlə qatan insanlar varkən çətin ki, biz bu çarəsiz dünyanı çox daha gözəl bir yer edək.

 

Görəsən, insanlar empatiya kəliməsinin nə anlam daşıdığını nə zaman anlayacaq? Görəsən insanoğlu nə zaman kişi, yaxud "arvad" olmaqdan çıxıb insan olmağı bacaracaq? Bilirsinizmi bilmirəm, amma "arvad" kəliməsi əşya anlamına gəlir və "qələt" kəliməsi də yanlış. O zaman, yəqin ki, bu cümləni qursam, yanlış olmaz. "Nə böyük qələt edib arvad qoymuşuq insanların adlarını... "

 

Aydan Qasımova

Sevgilərlə, mənimlə bənzər ruhlara sahib olan oxucularıma.. . ♡

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər