00:00:00
Yazar
Admin User
18.09.2023 18:29 278 2 dəq oxuma
Sosial

Sığorta olunmayan fermerlər

Sığorta olunmayan fermerlər

Yaz yağışlarının fəsadı bitmədən, payız yağışları başladı. Bu, xüsusən şimal-qərb bölgəsində kənd təsərrüfatına ziyan vurdu. Məhsul yığa bilməyən fermer, bəs, niyə vaxtında heç bir tədbir görmür. Niyə məhsulunu sığorta etdirmir? Əslində, fermeri sığortadan qaçıran səbəb təkcə ödəniş məsələsi deyil. Aqrar sığorta sistemindəki çatışmazlıqlar nələrdir?

 

Leysan yağışlara məruz qalan bölgələrlərdən biri Goranboydur. Təkcə yay mövsümündə 20 hektardan çox əraziyə ziyan dəyib. Yağan yağış nəticəsində biçimi vaxtında etmək mümkün olmayıb. Dəyən zərərin isə qarşılığını ödəyən sığorta yoxdur.

 

Fermerlərdən biri deyir ki, əkin sahələri kiçik olduğu üçün exceldə oturtmaq mümkün deyil: “Məsələn, 1 hektar sahədə 4-5 adamın adı var. Ailə üzvləri var. Onları da bir yerə yığmaq mümkün deyil. Onun rəhmətə gedəni var, Rusiyada olanı var. Onlar da olmasa həmin sahələri sənədləşdirmək mümkün deyil. Ona görə də subsidiya ala bilmirəm. Həmin torpağı da sığorta eləmək mümkün deyil”.

 

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hazırda quraqlığın məhv etdiyi təsərrüfatın sığortalanması mümkün deyil. Lakin bu təbiət hadisəsi iki il sonra risklər siyahısında yer alacaq. O da vurğulanıb ki, fermerlər öz fəaliyyətlərini düzgün təşkil etmələri üçün mütləq qaydada icarə müqaviləsi bağlasınlar: “Torpağın istifadə hüququ onlarda olsun. Sığortalanma prosesi düzgün getsin. Nəticədə sığorta ödənişi əldə etmək üçün fayda əldə edən məhz özü olsun. Müqavilə bağlayarkən artıq sığorta müqaviləsində də fayda əldə edən olaraq özü əks olunacaqdır ki, bir hadisə olanda vətəndaş özü ödəniş ala bilsin”.

 

O ki qaldı sığortanın müddətinə, qurum rəsmisi deyir ki, heyvanlar istənilən vaxt, bitkilər isə əkilən vaxt sığorta olunmalıdır".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər