"Simurq"un son sınağı
Zaqatala klubu Ukrayna təmsilçisi ilə mübarizə aparacaq.
Antalyada təlim-məşq toplanışını davam etdirən "Simurq" bu gün sonuncu yoxlama matçına çıxacaq.
Zaqatala təmsilçisinin sonuncu rəqibi Ukraynanın "Volın" klubu olacaq.Qarşılaşma Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Qeyd edək ki, Simurq” Türkiyədə ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq”una (1:4) və Qazaxıstanın digər klubu “İrtış"a (0:3) böyükhesabla uduzub. Rumıniya “Astra” komandasl ilə matçda isə qalib müəyyənləşməyib – 0:0.
24 yanvar
17:30. "Simurq" - "Volın"
