00:00:00
Yazar
Admin User
26.08.2018 20:31 577 1 dəq oxuma
Sosial

“Sınan arzular” sənədli filminin təqdimat mərasimi keçirilib

“Sınan arzular” sənədli filminin təqdimat mərasimi keçirilib
BMM-də “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin hazırladığı  “Sınan arzular” sənədli filminin təqdimat mərasimi keçirilib.
 
İnformator.az xəbər verir ki, film  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “MÜHARİBƏDƏN ZƏRƏR ÇƏKMİŞ UŞAQLAR haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində hazırlanıb.
 
Tədbiri giriş sözü ilə açan “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı layihə haqqında məlumat verib.  Təşkilat rəhbəri qeyd edib ki,  "Sınan arzular... " filminin çəkilişləri Bakı, Mingəçevir şəhərləri, Qazax, Goranboy, Tərtər, Ağdam və  Füzuli rayonlarında aparılıb.
 
Filmdə 1988-2017-ci illərdə erməni təcavüzü nəticəsində  qətlə yetirilən, girovluq həyatı yaşayan, şikəst olan, valideynləri şəhid olan, müxtəlif xəstəliklərə düçar olan, orqanları alınaraq öldürülən, çadırlarda dünyaya gələn  uşaqlardan bəhs edilir.
 
Mətanət Əsgərqızı bildirib ki,  Filmin çəkilişi vasitəsi ilə ictimaiyyəti, xüsusi ilə  xarici auditoriyanı Ermənistanın Azərbaycana  qarşı apardığı müharibədə günahsız uşaqların məhv edilməsinə, valideynlərini itirməklə uşaqlıqlarının əllərindən alınmasına  diqqəti çəkməkdir.
 
Layihənin rəhbəri və ssenari müəllifi İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, quruluşçu rejissor Elnur Əliyevdir.
 
Daha sonra layihə çərçivəsində hazırlanan “Sınan arzular” sənədli filmi qonaqlara təqdim olunub. Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş  vətəndaşlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi, QHT və media nümayəndələri çıxış ediblər. Onlar ictimai birliyin hazırladığı sənədli filmi yüksək qiymətləndirərək , bu kimi layihələrin vacibliyini qeyd ediblər.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər