00:00:00
Yazar
Admin User
28.12.2025 17:21 98 1 dəq oxuma
İdman

Sinenka Azərbaycanda rekorda imza atıb

Sinenka Azərbaycanda rekorda imza atıb

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün arxada qalan ilk hissəsində klublar 35 qapıçı sifariş edib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

Onlardan 23-ü yerli, 12-si legioner statusuna malikdir.

Bu qolkiperlərdən 13-ü meydana çıxmayıb. Baş tutan 16 turda 12 komanda 22 qapıçıya güvənib. Əlcək sahiblərindən 17-si “quru” oyun keçirməyə nail olub.

 

Ən çox matçda qapısını toxunulmaz saxlayan “beşlik”:

1. Oleq Baklov (“Turan Tovuz”) – 8 “quru” (15 oyun)

2. Stas Pokatilov (“Sabah”) – 8 (16)

3. Andrey Sinenka (“İmişli”) – 7 (16)

4-5. Kenan Piriç (“Neftçi”) – 6 (16)

4-5. Rikardo Fernandes (“Şamaxı”) – 6 (16).


Mövsümün ilk hissəsinin ən uzun “quru oyunlar” seriyası 5 matçdan ibarətdir. Andrey Sinenka ilk 5 turda qapısını toxunulmaz saxlayıb. Baxmayaraq ki, onun əvəzlənməsindən sonra komandası qol buraxıb. O, yalnız VI turda Premyer Liqada keçirdiyi 529-cu dəqiqədə topu qapısında görüb. Bu, mövsümün rekordudur.

Şahrudin Məhəmmədəliyevin “quru seriyası” isə davam edir. II tura təsadüf edən ilk matçda qol buraxan qolkiper sonrakı 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun seriyası 468 dəqiqəyə bərabərdir.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər