00:00:00
Yazar
Zəhra Həsənova
16.02.2026 21:51 8 2 dəq oxuma
İdman Özəl

"Sistemli oyunumuz darmadağın olub" - Azər Bağırov

"Sistemli oyunumuz darmadağın olub" - Azər Bağırov

Misli Premyer Liqasının XX turunda “Kəpəz”in “Neftçi”yə 1:3 hesablı məğlubiyyəti komandanın oyun planı və müdafiə xəttindəki problemləri yenidən gündəmə gətirib. Gəncə təmsilçisi xüsusilə, ilk hissədə buraxılan qollarla oyunun taleyini çətinləşdirib. Baş məşqçi Azər Bağırovun oyundan sonra səsləndirdiyi fikirlər komandanın qarşıdakı matçlara daha ciddi və məsuliyyətli yanaşmalı olduğunu göstərir.


"Ümumilikdə neçə-neçə oyunlarda müdafiəmiz çox yaxşı çıxış edib. Həqiqətən də "Qarabağ", "Tovuz",  "İmişli" ilə matçda komandamız demək olar ki, müdafiədə səhv etməyib".


Bu sözləri "Kəpəzin baş məşqçisi Azər Bağırov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu oyunda 15 -20 dəqiqənin içində, qolla nəticələnəcək olan epizodlarda müdafiə xəttimiz səhvlərə yol verib:


"Mən bunu təsadüfə bağlamaq istəyirəm. İnanıram ki, gələcək oyunlarda bunları təkrarlamarıq, daha yaxşı konsentrasiya olub, qarşıdakı matçlara köklənərik. Birinci qol epizodu anlaşılmazlıqdan qapımızda gördük. Ona qədər heç rəqibə epizod verməmişdik. Halbuki, oyunu bərabərləşdirdik, motivasiyanı öz üzərimizə qaldırdıq. 2-ci, 3-cü isə təsadüf, gözlənilməz qollar idi. Yəni, bunu heç bir halda nəzərə almamışdıq. Əslində rəqibin bizə qarşı necə oynacağını da analiz etmişdik. Yəni, tam heyətlə öncədən planımız var idi. İkinci isə daha çox hücumda olmaq istəyəcəkdik. 60-cı dəqiqədən sonra daha çox hücumda olacaqdıq. 2-3-cü qol sistemli oyunumuzu darmadağın edib. Proqnozlaşdırdığımız, planlar pozulub. Mənə elə gəlir ki, əsas məsələ konsentrasiyadır. Düşünürəm ki, bu barədə futbolçularla söhbət etdikdən sonra bunu aradan qaldıracağıq".

 

Zəhra Möhübbətova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər