00:00:00
Yazar
Ayşən Səlimova
09.03.2026 15:19 30 1 dəq oxuma
Dünya

Siyarto: Aİ Yaxın Şərqdəki münaqişəyə görə Rusiyadan neft-qaz idxalına qadağanı ləğv etməlidir

Siyarto: Aİ Yaxın Şərqdəki münaqişəyə görə Rusiyadan neft-qaz idxalına qadağanı ləğv etməlidir

Avropa İttifaqı (Aİ) enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olan Yaxın Şərqdəki münaqişə şəraitində Rusiyadan neft və qaz idxalına qoyulan embarqonu ləğv etməlidir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkəsində yazıb.

 

"Aİ Rusiya nefti və qazının idxalına qoyulan qadağanı dərhal ləğv etməlidir. Yaxın Şərqdə müharibənin eskalasiyası və Hörmüz boğazının bağlanması şəraitində dünya enerji tədarükünün əhəmiyyətli bir hissəsi təhlükə altındadır. Aİ artıq Rusiya enerji daşıyıcılarının idxalını qadağan etdiyi üçün Avropa xüsusilə həssasdır. İndi Yaxın Şərqdəki münaqişə dünya tədarükünü də azaldır", - nazir qeyd edib.

 

P.Siyarto vurğulayıb ki, belə bir şəraitdə Avropa qiymətlərin kəskin artması riski ilə üzləşir.

 

"Əgər Brüssel sanksiyaları saxlasa, bu, Avropa iqtisadiyyatına ciddi ziyan vuracaq. Əsas diqqət ideologiyaya deyil, avropalıların maraqlarının qorunmasına yönəldilməlidir", - nazir vurğulayıb.

 

Qeyd edək ki, Aİ 2028-ci ilə qədər Rusiyadan qaz və neft idxalından tamamilə imtina etməyi planlaşdırır.

#ləğv #qadağanı #azərbaycan #rusiyadan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər