Sızdırılan detallar bunlardır: ABŞ-İran razılaşmasının sirləri
107 günlük münaqişədən sonra ABŞ və İranın razılığa gəldiyi bildirilir. Rəsmi imzalar hələ təsdiqlənməsə də, İran mediasına sızan məlumatlar Hörmüz boğazının yenidən açılması, sanksiyaların dayandırılması, İran neftinin satışının bərpası və nüvə fəaliyyətlərinin məhdudlaşdırılması kimi kritik məsələlərdə güzəştə getməyi təklif edir. İddialara görə, son dəqiqə böhranları Trampın müdaxiləsi ilə aradan qaldırılıb. İndi bütün diqqətlər sazişin rəsmiləşib-rəsmiləşməyəcəyinə yönəlib.
CNN Türk
Aydan Əsgərxanlı