Sizdən sui-istifadə edənləri həyatınızdan çıxarın
Psixoloq, psixoterapevt Xanım Niftəliyeva
Həyatınızdakı insanları kəşf edin!
Heç kim mükəmməl deyil. Sizi istifadə edən və ya sizdən sui-istifadə edən insanlar var və bunlar arasında fərq çoxdur. Sizi istifadə edən adamlar sizi sevə bilər, amma nəticədə sizdən nəsə istəyir, bu fiziki, seksual, yaxud sadəcə öz sevgisini kiminləsə təcrübədən keçirmək formasında ola bilər. Əslində siz də eyni səbəblərdən insanları istifadə edirsiniz. Beləliklə, qarşılıqlılıq müəyyən insanlarla, müəyyən şeyləri həll edən simbiotik əlaqədir: “ Mən səni müəyyən yollarla istifadə edirəm, sən məni müəyyən yollarla istifadə edirsən." Bu balanslı assosiasiyadir. Biri digərinə yardım edir, yaxud istifadəyə icazə verir.
Bir də var balanssız assosiasiya. Bu bir, ya da hər iki tərəf, yaxud bir neçə tərəfdən olanda, təhqiramiz vəziyyətə gələndə və başqalarının üzərində üstünlük qazananda yaşanır. Biri o birinin maariflənməsini istəmir və ya uğurunu blok etmək istəyir, bəzi vasitə, forma, səbəb, üsulla ( fiziki, enerji, emosional və gizli şəkildə) başqalarında ağrı, yaxud yaralanmalara səbəb olur.
Həyatınızdakı insanları nə qədər sevməyinizdən, sizi istifadə, ya da sui-istifadə etməyindən asılı olmayaraq kəşf edin! Əgər onlar sizi istifadə edirlərsə, problem deyil siz bunu gozləməlisiniz. Çünki orada müvafiq enerji balansı baş verir: varlıqlar bir-birinə kömək edir. Amma sizdən sui-istifadə edən insanlar varsa, o zaman onlardan dayanmaqlarini xahiş edin!. Əgər dayanmasalar, onları həyatınızdan çıxarın. Əks halda onlar sizi çox güclü enerji blokunda saxlayacaq.
