00:00:00
Yazar
Admin User
05.10.2023 09:21 721 1 dəq oxuma
Sosial

ƏSL MÜƏLLİM NECƏ OLMALIDIR?

ƏSL MÜƏLLİM NECƏ OLMALIDIR?

Bu gün müəllimlərin peşə bayramı günüdür. Müəllimlik sənəti ən ali peşələrdən biri hesab olunur, çünki hər sahə üzrə mütəxəssisi müəllimlər yetişdirir. Bəs əsl müəllim necə olmalıdır? Bu haqda Bakı Dövlət Universitetinin gənc müəllimi Səbinə İzzətli fikirlərini bizimlə bölüşüb.

 

Səbinə İzzətlinin fikrincə, əsl müəllim paylaşmağı, öyrətməyi sevən biridir."Əsl müəllim bildiklərini qarşısındakını əzmədən, onun varlığına, öyrənmə istəyinə sayğı ilə yanaşıb öyrədəndir. Bununla yanaşı müəllim səbrli, təmkinli, sevgi dolu, fədakar olmalıdır". 

Müsahibimiz əlavə edir ki, "Bu gün ölkəmizdə, eləcə də dünyada müəllimlik peşəsi prestijli sayılmaya bilər, ancaq bu sahəni seçənlər araşdırmağı, öyrənməyi, elmi sevənlər, öz üzərində çalışanlardır. Şagird, tələbə qarşısına çıxmaq məsuliyyətdir, onlar doğrunun axtarışına çıxarkən səni özünə bələdçi görənlərdir, onlar gələcəkdirlər. Və əsl müəllim, o gələcəyin məhək daşıdır!" 

 

Qeyd edək ki, sənətindən asılı olmayaraq hər peşə sahibi öz sahəsi üzrə mütəxəssis olmağı bacarmalı və bu yöndə özünü inkişaf etdirməlidir. 

 

Çinarə Muradova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər