Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok Azərbaycanla investisiyaların təşviqi və qorunması haqqında sazişin tezliklə imzalanacağına ümid edir.
"İnformator.az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M.Eştok vurğulayıb ki, Bakıya səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə siyasi məsləhətləşmələr aparıb.
Onun sözlərinə görə, görüş zamanı tərəflər ikitərəfli münasibətləri, Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafını, eləcə də regional məsələləri ətraflı müzakirə ediblər.