Sloveniyada süni intellekt fabriki açılıb
Sloveniyada yüksək səmərəli kompüterlərlə təchiz olunmuş "Sloveniya Süni İntellekt Fabriki" açılıb.
Sloveniya Radio və Televiziyasının (RTV) məlumatına görə, Sloveniyanın Baş naziri Robert Qolob şirkətlərə, tədqiqat müəssisələrinə və dövlət sektoru istifadəçilərinə süni intellekt inkişafı üçün əsas xidmətlər göstərməyi hədəfləyən fabrikin açılışını edib.
Açılışda çıxış edən Golob, süni intellekt sahəsində geridə qalmamaq üçün çalışdıqlarını və fabrikin bu mövzuda onlara kömək edəcəyini bildirib.
TRT HABER
Arzu Poladova
