00:00:00
Yazar
Admin User
11.04.2016 07:16 398 1 dəq oxuma
Sosial

Şəmkir-Dəllər dəmiryolu mənzilinin 8,6 km hissəsi təmir olunur

Azərbaycan dəmiryollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.
Şəmkir-Dəllər dəmiryolu mənzilinin 8,6 km hissəsi təmir olunur

Azərbaycan dəmiryollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.

\"Azərbaycan Dəmir Yolları\" QSC-nin Mətbuat Katibliyindən İnformator.az-a verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Aprelin 11-dən etibarən Şəmkir-Dəllər mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib və təmir işləri bir həftə davam edəcək. 

Əsaslı təmir işlərini 11 saylı \"İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi\" MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. 

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 78 km dəmir yolu əsaslı təmir olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər