Son 24 saat ərzində ölkəyə bir ballistik raket və 24 pilotsuz uçuş aparatı (PUA) atılıb- Küveyt
Küveyt Müdafiə Nazirliyi son 24 saat ərzində ölkənin bir ballistik raket və 24 pilotsuz uçuş aparatı (İHA) ilə hədəf alındığını bildirib.
Suud el-Atvan yazılı açıqlamada İran mənbəli hücumlarla bağlı son məlumatları paylaşıb.
Atvan bildirib ki, son 24 saat ərzində Küveyt hava məkanında bir ballistik raket aşkarlanaraq məhv edilib, ölkəyə göndərilən 24 PUA-dan 15-i isə vurularaq zərərsizləşdirilib.
O qeyd edib ki, həmin PUA-lardan 8-i boş ərazilərə düşüb.
“Küveyt Neft Şirkətinə məxsus emal zavodlarından biri 2 PUA ilə vurulduğu üçün yanğın baş verdi. Müvafiq qurumların müdaxiləsi ilə yanğın nəzarət altına alındı və hadisədə insan itkisi olmadı”.
Açıqlamada həmçinin bildirilib ki, İran ABŞ və İsrail hücumlarına cavab olaraq 28 fevraldan bu yana 7 ərəb ölkəsində ABŞ bazaları və kritik nöqtələrə raket və PUA hücumları həyata keçirir.
TRT XƏBƏR
Lalə Qurbanlı