00:00:00
Yazar
Admin User
06.02.2015 11:21 363 1 dəq oxuma
Sosial

Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, onlar vahimə içindədir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov belə deyib:"Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcəkdir"
Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, onlar vahimə içindədir

“Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, onlar vahimə içindədir. İflic vəziyyətinə düşən Ermənistanın iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir. Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcəkdir” – Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilmiş hərbi hissənin açılışında belə deyib.
Müdafiə naziri bəyan edib ki, Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlıq daha da gücləndirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılıb, maddi-texniki baza möhkəmləndirilib.
General-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini dövlət rəhbərliyinin bu etimadını doğrultmağa, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad etmək üçün döyüş hazırlığını daim artırmağa çağırıb. Bildirib ki, irimiqyaslı təlimlər ordumuzun gücünü və qüdrətini bir daha nümayiş etdirib. Təlimlərə cəlb olunan döyüş texnikası, aviasiya, raket-artilleriya qurğuları və digər vasitələrin istifadəsi ilə yanaşı, şəxsi heyətin ruh yüksəkliyi, vətənpərvərlik əzmi, Azərbaycan əsgərinin peşəkarlığı və hazırlığı xüsusilə qeyd edilməlidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər