Sorğu: Amerikalıların yalnız 17 %-i Qrenlandiyanın Danimarkadan alınmasını dəstəkləyir
Amerikalıların yalnız 17 %-i ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək cəhdlərini dəstəkləyir.
"İnformator.az" xəbər verir ki, bu, "Reuters" informasiya agentliyi və marketinq araşdırmaları sahəsində ixtisaslaşmış "Ipsos" şirkətinin apardığı sorğunun nəticələrindən bəlli olub.
Sorğu nəticələrinə görə, demokratların və respublikaçıların böyük əksəriyyəti adanın ilhaqı üçün hərbi gücdən istifadəyə qarşıdır. Respublikaçı respondentlərin 40 %-i adanın alınmasını dəstəkləyir, eyni zamanda 14 %-i bunun əleyhinədir, daha 46 %-i cavabda qərarsızdır. Bununla yanaşı, respublikaçıların cəmi 8 %-i məsələnin güc yolu ilə həllini dəstəkləyir, 60 %-i hadisələrin belə inkişafına mənfi cavab verib və 32 %-i cavabda qərarsızdır. Sorğuda iştirak edən demokratların 79 %-i adanın alınmasına qarşıdır və cəmi 2 %-i bu təşəbbüsü dəstəkləyir, daha 19 %-i cavabda qərarsızdır. Məsələnin güc yolu ilə həllini respondentlərin 89 %-i pisləyib, 10 % cavabda qərarsız və 1% "lehinə" olub. Beləliklə, respublikaçılar, demokratlar və digər siyasi partiyaları dəstəkləyən respondentlərin sorğusunu nəzərə alaraq, sorğuda iştirak edənlərin 47 %-i Qrenlandiyanın alınmasına qarşı çıxıb, 36 %-i qərarsız qalıb və cəmi 17 %-i bu təşəbbüsü dəstəkləyib.
