00:00:00
Yazar
Güllər Gülhüseynova
18.02.2026 09:37 5 1 dəq oxuma
Dünya

Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir- Pezeşkian

Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir- Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa buraxılması üçün müvafiq orqanlarla danışıqlar aparıldığını bildirib.

 

"İnformator.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ruhanilərlə toplantıda çıxışı zamanı deyib.

 

"Bizim üçün xalqın narazılığı və sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir, çünki bu vəzifədə olmağımızın fəlsəfəsi milli həmrəyliyin möhkəmləndirilməsi, sosial birliyin təmin edilməsi, dürüst xidmətlərin göstərilməsi və ictimai rəyin qazanılmasıdır", - o bildirib.

 

O qeyd edib ki, sosial problemlərin həlli rasionallıq, nəzakət və müdriklik tələb edir, düşüncə və baxışları məcburi metodlarla dəyişmək olmaz.

 

İran Prezidenti bildirib ki, etirazlarda minimal rol oyanayan və aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa çıxması üçün məhkəmə sistemi ilə danışıqlar aparılır: "Cəmiyyətdəki çatların təmir edilməsi qaçılmaz zərurətdir".

#bərabərsizliklə #sosial #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər