00:00:00
Yazar
Admin User
14.11.2025 17:04 145 2 dəq oxuma
Sosial

Sosial Media Asılılığı – Müasir Dövrün Görünməz Tələsi

Sosial Media Asılılığı – Müasir Dövrün Görünməz Tələsi

Sosial medianın həyatımıza həddindən artıq daxil olması asılılıq yaradır. Bu problem xüsusilə tələbələrdə dərsə və real ünsiyyətə mənfi təsir göstərərək ciddi sosial-psixoloji çətinliklərə səbəb olur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Gülşən Rüstəmova bildirib ki, sosial medianın artıq istifadəsi insanlarda ciddi asılılıq yaradır:

 

“Mən sosial media asılılığı deyil, sosial şəbəkə asılılığı adlandırardım bunu. Sosial şəbəkə asılılığı, sosiallaşma, sosial informasiya vasitələrinə bağlılıq yetərsizlikdən, kəsadlıqdan, ünsiyyət deficitindən yaranır. Çünki insanlar ünsiyyət qurmağa meyilli olmadığı halda onları yerindən tərpənmədən informasiyaya sahib edən, informasiya bolluğuna düçar edən sosial şəbəkələrdə varlığını göstərmədən, sosiallaşmaqda problemi olan insanların sosial şəbəkə “pələnglərinə” dönməsi və bu dünyanı dağıtmaları çox normal hesab edilir.

Hazırkı vəziyyətdə bunun qarşısını almaq mümkün deyil. “Nə edə bilərik?” sualı meydana çıxırsa, əlbəttə ki, görüləcək tədbirlər var, amma bu tədbirlər sistematik şəkildə həyata keçirilməlidir. Problemin aktuallığını illərdir danışırıq, lakin insanların maariflənməsi bu gün o qədər də əhəmiyyətli hesab olunmadığına görə fəaliyyət uzun müddətdir davam edir.

Məsələ ondadır ki, ünsiyyət kasadlığı bizim zehnimizdə o qədər dərin yer alıb və vərdişə çevrilib ki, artıq bu barədə danışmağı belə yadırğamışıq və hər şeyi maddi imkan üzərinə atmışıq. Sosial şəbəkələrdə olmağımızı belə maddiyyatla əsaslandırırıq: “Maddi gücüm çatmadığı üçün səyahətə, istirahətə gedə bilmirəm, buna görə də sosial şəbəkələrdə izləyirəm”. Hətta insanlar öz aqressiyalarını belə sosial şəbəkə üzərindən ifadə etməyə üstünlük verirlər.

Bu, uzun müddət bizim kölə təfəkküründə formalaşmağımıza səbəb olub. Çünki illərlə sözümüzü deməmişik, bildiklərimizi paylaşmamışıq. Ailələrdə belə “sus”, “bu sözü demə” yanaşması tətbiq olunub. Bu gün gənclər bunu pozmağa başlayırlar və biz təəccüblə baxırıq ki, fərqli bir mühit də var imiş.

Bugünün gəncləri barədə xüsusi qeyd etmək istəyirəm: Mən 24 ildir işləyirəm və gənclərlə daha çox ünsiyyətdə olduğum üçün bunu tam əminliklə deyirəm — bugünün gəncləri özlərini inkişafla məşğul edirlər. Onlar fiziki, psixoloji və mənəvi inkişafı ön plana çəkirlər, maddi gəlirin əhəmiyyətini inkar etmədən həyatlarında balans yaradırlar.

Ona görə də sistematik şəkildə, həm KİV-də, həm də mütəxəssislərin çağırışlarında mənəviyyatımızın zənginləşməsi yollarını təklif etməliyik ki, insanlar alternativ çıxış yollarını görə bilsinlər”.

 

Gülnar Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər