Sosial mediada yayılan “80-ci illər” trendi kibertəhlükəsizlik riski yarada bilər
Sosial mediada sürətlə yayılan və istifadəçilərin şəkillərini 1980-ci illərin üslubunda dəyişdirərək paylaşdığı yeni trend kibertəhlükəsizliklə bağlı narahatlıq yaradıb.
Mütəxəssislər bildirirlər ki, bu cür tətbiqlərə yüklənən fotoşəkillər biometrik məlumatların toplanmasına və gələcəkdə müxtəlif məqsədlərlə istifadə olunmasına səbəb ola bilər.
Kibertəhlükəsizlik üzrə ekspertlər istifadəçilərə şəxsi foto və məlumatlarını paylaşarkən daha diqqətli olmağı, rəqəmsal izlərini qorumağı tövsiyə edirlər.
TRT Haber
Aişə Mustafayeva