00:00:00
Yazar
Admin User
12.03.2019 11:54 746 1 dəq oxuma
Sosial

Sosial mediadan səmərəli istifadə üsulları ilə bağlı təlim keçirilir

"Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin təlimlərinə start verilib.
Sosial mediadan səmərəli istifadə üsulları ilə bağlı təlim keçirilir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin ilk təlimi keçirilib.

İnformator.az xəbər verir ki, layihəni giriş sözü ilə açan layihə rəhbəri Könül Rasimqızı tədbir iştirakçılarına Gənclər Fondunun fəaliyyəti və layihə haqqında məlumat verib. Azərbaycan Gənclər Fondunun gənclərə yaratdığı geniş imkanlardan danışıb.

Daha sonra təlimçi Rahil Sayadoğlu sosial şəbəkələrdən səmərəli istifadənin üsulları və etik qaydaların gözlənilməsi barədə gəncləri məlumatlandırıb. İnteraktiv keçirilən təlim, tələbələrin aktiv sual və cavabları əsasında aparılıb. Təlimdə müxtəlif təhsil ocaqlarından seçilmiş gənclər iştirak edib. Layihə çərçivəsində gənclərin eyni məqsəd üzərində birləşməsi ortaya zəngin informativ portalın çıxmasına kömək edəcək. "Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin növbəti təlimi isə 17 mart tarixində keçiriləcək.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər