00:00:00
Yazar
Elmira Ağayeva
27.04.2026 22:27 111 2 dəq oxuma
Media

Sosial medianı ya siz onu yönəldəcəksiniz, ya da o sizi”-Türkiyəli jurnalist Emre Diner

“Sosial medianı ya siz onu yönəldəcəksiniz, ya da o sizi”-Türkiyəli jurnalist Emre Diner

Türkiyəli jurnalist və xarici siyasət üzrə ekspert Emre Diner Akademiyanın müdavimləri, AzTV əməkdaşları və müxtəlif media qurumlarının nümayəndələri üçün vebinar keçirdi.

 

Tədbirdə çıxış edən ekspert müasir jurnalistikanın çağırışlarından, xüsusilə rəqəmsal platformalarda informasiya mübarizəsinin əhəmiyyətindən danışdı. O bildirdi ki, bu gün jurnalist yalnız xəbər yayan deyil, eyni zamanda ictimai rəyə təsir edən əsas fiqurlardan biridir.

 

 

Emre Diner dezinformasiyanın geniş yayıldığı bir dövrdə media nümayəndələrinin daha məsuliyyətli və diqqətli olmağın vacib olduğunu qeyd etdi. Hər bir paylaşım düşünülmüş və əsaslandırılmış olmalıdır:

 

“Yazılarınızda mütləq arqumentlərə, faktlara və etibarlı mənbələrə əsaslanmalısınız ki, təqdim etdiyiniz informasiya inandırıcı və təsirli olsun”.

 

Ekspert çıxışında həqiqətlərin rəqəmsal mühitdə daha aktiv şəkildə təqdim olunmasının önəmini vurğuladı.O, jurnalistlərə sosial şəbəkələrdə milli dəyərlərin təbliğinə diqqət yetirməyi tövsiyə etdi:

 

 

“Məsələn, sosial media paylaşımlarında Azərbaycan bayrağının istifadəsi mesajın təsir gücünü artırır, milli mövqenin aydın ifadəsinə xidmət edir və ictimai şüurda həmrəylik hissini möhkəmləndirir”.

 

Peşə seçimi ilə bağlı fikirlərini bölüşən Emre Diner jurnalistikanın sevgi və maraq tələb edən sahə olduğunu bildirdi. O qeyd etdi ki, bu peşədə uğur qazanmaq üçün insan əvvəlcə özünə sual verməlidir:

 

“İnsan sevdiyi işdə uğurlu olur.Mən bu işə gəlir qazanmaq üçün addım atmadım,sevdiyim üçün burdayam.Peşənizi yerinə yetirərkən özünüzə bu peşəni nə dərəcədə sevdiyinizlə bağlı sual verin”.

 

Vebinar zamanı jurnalistikanın etik prinsipləri də önə çəkildi. Emre Diner vurğuladı ki, jurnalist təvazökar olmalı və obyektivlik prinsipinə sadiq qalmalıdır.Dəqiq və yoxlanılmış informasiya auditoriyanın etimadını qazandığını,jurnalistin peşəkar imicini möhkəmləndirdiyini və informasiya mühitində etibarlı mənbə kimi çıxış etməsinə şərait yaratdığını qeyd etdi.

 

Sonda ekspert jurnalistlərə araşdırma aparmağın, gündəlik xəbərləri izləməyin və müxtəlif mənbələrdən istifadə etməyin vacibliyini xatırlatdı. O qeyd etdi ki, bu vərdişlər həm peşəkar bacarıqları inkişaf etdirir, həm də dünyagörüşünü genişləndirir.

Vebinar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdı.

 

Elmira Ağayeva

#Vebinar #media #təlim
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər