00:00:00
Yazar
Admin User
07.07.2023 08:16 245 2 dəq oxuma
Sosial

Sosial şəbəkədə dələduzluqla mübarizədə hansı metodları bilməliyik? - Ekspertlər açıqladı

Sosial şəbəkədə dələduzluqla mübarizədə hansı metodları bilməliyik? - Ekspertlər açıqladı

Sosial şəbəkələrdə tez-tez dələduzluq halları ilə qarşılaşırıq. Belə halların əksəriyyəti sosial media hesablarının oğurlanması ilə nəticələnir. Amma insanların inamından istifadə edərək müxtəlif yardım kampaniyaları adı altında onları aldadanlar, bank hesablarını ələ keçirərək maddi ziyan vuranlar da az deyil.


Təbii ki, sosial şəbəkələrdə bu cür halların qarşısını tamamilə almaq mümkün deyil. Amma diqqət etməli olduğumuz məqamları bilsək, dələduzlara aldanmarıq.


İKT üzrə ekspert Elvin Abbasov deyir ki, hesablarımızın parollarını göstərilən şərtlərə uyğun tətbiq etməliyik: "Asan tətbiq edilən şifrələr asan şəkildə də qırılır. Söhbət bank hesablarından gedirsə, bizdən tələb etdikləri məlumatlara diqqət etməliyik. Kartımızdan davamlı şəkildə pul çıxırsa, bununla bağlı dərhal dövlət qurumlarına xəbər verilməlidir".


İşin hüquqi tərəfinə gəlincə, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək, əmlak hüquqlarını əldə etmək 1000-manatdan 2000 manatadək cərimə ilə nəticələnir. Amma cəzalar bununla bitmir.

 

Vəkil Leyla Əkbərovanın sözlərinə görə, Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilir ki, aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəmə dələduzluq faktıdır: "Bunun 500 manatdan 5 min manatadək və daha yüksək məbləğdə olan dələduzluq faktları cinayət işinin açılması üçün əsasdır. 500 manatadək olan dələduzluq hallarında isə cinayət işi başladılmır. Bu, xırda talama hesab olunur və inzibati tərkib yaradır. Zərərçəkmiş şəxslər bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət edə bilərlər".


Son olaraq, hər kəsi belə dələduzlardan ehtiyatlı olmağa çağırırıq. Bu cür hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına müraciət etməyə səsləyirik.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər