00:00:00
Yazar
Admin User
02.04.2025 17:19 224 1 dəq oxuma
Sosial

Sosial şəbəkədə şəxsin şərəf və ləyaqətinin təhqir olunması

Sosial şəbəkədə şəxsin şərəf və ləyaqətinin təhqir olunması

Sosial şəbəkədən geniş istifadə bəzən insanların şəxsi hüquqlarının, şərəf və ləyaqətinin təhqir olunmasına gətirib çıxara bilir.

  

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov "İnformator.az” a açıqlama verib.

Müsahib qeyd edib ki, vətəndaş öz sosial şəbəkə hesabında videosunu paylaşır və digər bir şəxs də onun videosunu götürərək təhqiramiz formada paylaşırsa, bu, açıq-aşkar kütləvi informasiya vasitələrində digər şəxsin şərəf və ləyaqətinin təhqir olunması deməkdir:

 

“Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Buradakı məsələ budur ki, əgər şəxs bu təhqiri öz adından edirsə, belə olan təqdirdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada alçaldılması və təhqir olunmasıdır”.

 

Müsahibimizin sözlərinə görə, bu, 1000 manatdan 1500 manata qədər cərimə cəzası, 1 ilə qədər müddətə islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

 

“Əgər şəxs saxta adlardan və profillərdən istifadə etməklə bunu edirsə, bu halda 1000 manatdan 2000 manata qədər cərimə cəzası və ya 1 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

Vüqar Alışov
Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər