Sosial şəbəkədə yaşanan
Bu gün dünyanın bir çox ölkələrində "Sevgililər Günü"dür. 14 fevral - "Valentin Günü"nü Azərbaycanda da bir sıra gənclər “Sevgililər Günü” kimi qeyd edir. Müxtəlif hədiyyələr, sürpriz yeməklər və daha nələr. Sevənlər bir-birini müxtəlif yollarla təbrik edir.
Sevgililərin özəl günündən görüntüləri isə hər birimiz sosial şəbəkələr vasitəsi ilə izləyirik. Cütlük şam işığında yemək və həzin rəqslə mükəmməl romantik bir axşam keçirə bilər, lakin bu xatirə sosial mediada paylaşılana və dostların, tanışların və yad adamların bəyənmələri və ürəkləri tərəfindən təsdiqlənməyincə gerçəkləşməyəcək. Fevralın 14-ü cütlüklərin bir-birlərinə sevgilərini elan etmələri günü kimi qeyd olunur. Bəs iki şəxs arasında yaşanan, şəxsi emosiya, romantika və özəl anlardan ibarət bu günü görmək dünya üçün vacibdir? Sevgini sosial şəbəkədə yaşamağın arxasında hansı psixoloji faktor dayanır? 2020-ci ildə beynəlxalq ekspertlər tərəfindən aparılan bir araşdırma, insanların sosial mediada münasibətlərini göstərmək ehtiyacını araşdırır. Bu hərəkətin çox vaxt partnyorlarının aldıqları hədiyyəni dünyaya elan etmək ehtiyacından irəli gəldiyi bildirilib. Tədqiqat bunun cütlüklərin özlərini və ətraflarındakı insanları münasibətlərindəki romantik sabitliyə inandırmaq üçün bir yol olduğuna işarə edir.
Sosial mediada sevginin nümayişi il boyu müşahidə edilir, amma bu gün nisbət bir pillə daha yüksək olur. İnsanların Sevgililər Günü kimi xüsusi günlərdə münasibətlərini və daha çoxunu nümayiş etdirməyə çalışmasının səbəbi “qəbul edilmə ehtiyacı və insanların xoşbəxt münasibətdə olduqlarını bilməsi ehtiyacıdır”. Psixoterapevt Padma Revari deyir: "Elmi olaraq qəbul, populyarlıq və özünə hörmət üzərində qurulma ehtiyacını tətikləyən dopamin və oksitosin kimi hormonlardır." O, sosial medianın üstünlük təşkil etdiyi bir dünyada insanların media vasitəsilə özləri və münasibətləri üçün təsdiq axtarmasının təbii olduğunu və cütlüyün birlikdə keçirdikləri vaxtın isti fotolarını paylaşmağın "heç bir zərəri olmadığını" izah edir. Sosial media üzərindən sevgini bəyan etmək, hətta sevdiyiniz insan yanınızda otursa belə, müasir romantika atributlarının ayrılmaz hissəsinə çevrilib.
Görünən odur ki, sosial mediada çoxlu sayda bəyənmə və şərhlər insanın özünə inam səviyyəsinə müsbət təsir göstərsə də, virtual alqışların olmaması da mənfi təsir göstərə bilər.
Psixoloq-psixoterapevt Xanım Niftəliyeva
