Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi BDU-nun Jurnalistika fakültəsi tələbələrilə görüşüb - FOTOLAR
Dövlət Universitetində Sosial Tədqiqatlar Mərkəzinin üzvləri Jurnalistika fakültəsinin tələbələrinə Kibertəhlükəsizlik ilə bağlı seminar-təqdimat keçib.
İNFORMATOR.AZ xəbər verir ki, təlimdə STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova kibertəhlükəsizliyin önəmi, kibercinayətlər, onun növləri və qorunma üsulları barədə məlumat verib.
Təlimin əsas məqsədi Kibercinayətlər və kibertəhlükəsizlik barədə tələbələrə məlumat vermək, onların bu problemlərlə üzləşməməsi üçün xəbərdar etməkdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlar tövsiyyələr verilib.
