Şotlandiyada kanalizasiya işləri zamanı minilliklərə aid arxeoloji tapıntılar üzə çıxıb
Şotlandiyanın Highlands bölgəsində aparılan kanalizasiya yenilənməsi işləri zamanı VI əsrə aid dəfn sahəsi və təxminən 3 min il yaşı olan iki Dəmir dövrü yaşayış evi (roundhouse) aşkar edilib. Tapıntılar Muir of Ord yaxınlığındakı Windhill ərazisində həyata keçirilən layihə çərçivəsində üzə çıxıb.
Araşdırmalar zamanı metaləritmə sobalarının qalıqları, daş alətlər, taxıl üyütmək üçün istifadə edilən dəyirman daşları, çəkic daşı və yaşayış evlərinin divarlarına aid gil örtüklər tapılıb. Gil qalıqlarının üzərində nadir hesab edilən şevron formalı bəzəklər də müəyyən edilib. Mütəxəssislərin sözlərinə görə, ərazidə gil qabların tapılmaması həmin dövrdə insanların əsasən taxta qablardan istifadə etdiyini göstərir.
Bundan əlavə, diametri təxminən 10 metr olan üç dairəvi dəfn təpəsi də aşkarlanıb. Dəfn sahəsindən tapılan sümük qalıqları radiokarbon tarixlənməsi, izotop və DNT analizlərinə göndərilib. Alimlər bu araşdırmaların bölgədə yaşayan insanların həyat tərzi, istehsal fəaliyyəti və dəfn adətləri haqqında mühüm məlumatlar verəcəyini bildirirlər.
BBC
Reyhan Quliyeva
