Soyuq və isti havalarda iş fəaliyyəti hansı şərtlər daxilində dayandırılmalıdır?
“Əmək məcəlləsində 233-cü maddə var. Hansı ki, bu maddə hava şəraitindən asılı olaraq işçilərin necə işləmək lazım olması qaydalarını tənzimləyir. 233-cü maddə də həm isti həm də soyuq havalardakı əmək şərtləri öz əksini tapıb”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib. Ekspertin sözlərinə görə, tempuratur 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən fasilələr verilməlidir.
“Yəni, burada işin dayandırılmasından yox, iş prosesində fasilə verilməsindən söhbət gedir. Fasilələr təbii ki, əməyi ödənən fasilələrdir. İşçilərdən fasilələrin pulu çıxılmır”.
Xalid Kərimli qeyd edir ki, iş tam dayandırıldıqda isə işçinin maaşı 2/3 dən az olmayaraq ödənməlidir.
“Burada maaşdan müəyyən məbləğ çıxılır. Bu onu deməyə əsas verir ki, qapalı yerlərdə işləyərkən işverənlər həmin obyektləri müəyyən cihazlarla tənzimləməlidir”.
Ekspert eyni zamanda, 2-ci əlavədən də söz açıb.
“Bir də Əmək məcəlləsinin 2-ci əlavəsi var ki, həmin maddə də bir sıra bəndlər öz əksini tapır. Küləyin ballarına və gücünə uyğun olaraq, iş fəaliyyətinə fasilə verilməsi və ya dayandırılması bütün iş proseslərində ayrı-ayrı maddələrlə öz əksini tapıb”, - deyə ekspert yekunlaşdırıb.
Həcər Əmiraslanlı
