00:00:00
Yazar
Səadət Əlizadə
09.04.2026 17:26 21 1 dəq oxuma
Media

Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir

Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb.


“İnformator.az” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanıb.


Bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərin parlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqların müdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qeyd edib ki, üçtərəfli format çərçivəsində iki gün ərzində Bakıda aparılacaq müzakirələr parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

#xidmət #spiker: #gündəm #formatı #türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər