00:00:00
Yazar
Admin User
18.08.2023 17:39 310 1 dəq oxuma
Sosial

SƏRNİŞİN DAŞINMASINDA QAYDALARININ POZULMASINA GÖRƏ YENİ CƏRİMƏLƏR TƏSDİQLƏNDİ

SƏRNİŞİN DAŞINMASINDA QAYDALARININ POZULMASINA GÖRƏ YENİ CƏRİMƏLƏR TƏSDİQLƏNDİ

  Taksi sifarişləri, sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları informasiya sisteminə ötürməyənlər 20 min manat cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb. Bundan başqa "Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanun layihələrinə edilən dəyişikliklər də təsdiqlənib.

  Yeni qanunla Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırılacaq. Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz və ya proqram təminatı olmalıdır. “Vətəndaşlara da rahat olacaq, yəni sərnişinlər taksi sifarış edərkən, gedəcəyi yerə nə qədər vəsait ödəcəyini, taksi sürücüsünün reytinqini, avtomobilin reytinqini və s. bu məlumatları əldə edə biləcək”.

  Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə edilir. Bu hal bir ərzində təkrar törədilərsə, cərimənin məbləği 80 manatdır.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər