00:00:00
Yazar
Admin User
29.09.2023 17:37 471 1 dəq oxuma
Sosial

SƏRSƏNG SU ANBARI NƏZARƏTƏ GÖTÜRÜLÜB

SƏRSƏNG SU ANBARI NƏZARƏTƏ GÖTÜRÜLÜB

Sərsəng su anbarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzarətə götürüb.

 

Politoloq Oqtay Qasımov sözügedən mövzu haqqında açıqlama verib: "Sərsəng su anbarı Azərbaycanda ən strateji obyektlərdən biridir. Sərsəng su anbarının nəzarətə götürülməsi olduqca vacib bir hadisədir".

 

Politoloq anbarın nəzarətə götürülməsinin müsbət cəhədlərini də qeyd edib:

 

"Su anbarı həm böyük miqdarda elektirik enerjisi istehsal etmək üçün istifadə olunur, həm də Azərbaycanın 7 rayonu bu anbardakı su ehtiyatlarından faydalanır. 110 mindən artıq ərazi sözügedən anbar vasitəsilə suvarma işləri həyata keçirir. Gələcəkdə bu Azərbaycanın elektirik enerji istehsalı artımına təkan verəcək, eyni zamanda suvarma sistemi vasitəsilə kənd təsərrüfatımızın inkişafı, o cümlədən becərilən məhsul da artacaq".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər