Səs vermək üçün getdi, dünyasını dəyişdi
Aydının Kuşadası bölgəsində səs vermək üçün getdiyi məktəb bağçasında dünən infarkt keçirən Yusuf Başdağ aparıldığı xəstəxanada vəfat edib.
İnformator.az xəbər verir ki, hadisə ötən gün saat 10:00 radələrində Türkmən məhəlləsində baş verib.
Yusuf Başdağ Prezident seçkiləri və 28-ci Dövr Millət vəkili seçkiləri üçün səs vermək üçün getdiyi Atatürk Orta Məktəbinin bağçasında skamyada oturarkən qəfildən yerə yıxılıb. Yaxınlıqdakı vətəndaşlar vəziyyəti sağlamlıq qruplarına xəbər verib. Nəzarətə götürülən Başdağ bütün müdaxilələrə baxmayaraq gecə həyatını itirib.
