00:00:00
Yazar
Admin User
06.01.2026 16:44 138 2 dəq oxuma
Dünya

Starmer ABŞ-nin Venesuelaya hücumunu qınamayıb

Starmer ABŞ-nin Venesuelaya hücumunu qınamayıb

Bütün vacib faktları bir yerə toplamaq istəyirəm. Hazırda tam mənzərəni əldə edə bilməmişik. Hər şey sürətlə baş verir. O, ABŞ hərbi əməliyyatında Böyük Britaniyanın iştirakının olmadığını təsdiqləyib. Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.

 

Bu mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki,ABŞ-nin dünən Venesuelaya həyata keçirdiyi hərbi əməliyyatlar prezident N.Maduronun ailəsi ilə tutularaq aparılması ciddi beynəlxalq rezonans doğurub:

 

“Bu dünyanın güvəndə olmadığını, hüququn və nizamın tamamilə deqradasiya uğradılmasını daha bir təsdiqləyib. Maduronun qurduğu rejimin totalıtarllığı heç də əsas vermir ki, Birləşmiş Ştatlar suveren bir dövlətə təcavüz edərək istədiyi kimi rəftar etsin. Anti-demokratik rejimlərin möhkəmlənməsində və ali dəyərlərin ayaq altına atılmasında məhz özlərini demokratiyanın beşiyi adlandıran dövlətlərin xüsusi "rolu" var. Güc amilinin və təktərəfli maraqların təmin edilməsi halının bu səviyyəyə çatması kövrək olan beynəlxalq təhlükəsizliyi və sülhü ciddi təhdid altına alır. Venesuela prezidentinin qaçırılmasına da beynəlxalq hüquq normalı çərçivəsində deyil maraqlar prizmasından münasibət var. Rusiya və Çin bu hadisəni pisləyərək prezidenti və xanımını dərhal azad edilməsi tələbini irəli sürüb. Aİ hələ gözləmə mövqeyindən çıxış edir. BMT TŞ hadisə ilə bağlı toplanmalıdır. Ancaq bütün bunların nəyisə dəyişəcəyinə, Birləşmiş Ştatların təcavüzkar addımlardan çəkindirəcəyinə ehtimal vermir. ABŞ veto hüququndan istifadə edərək əleyhinə olacaq istənilən qərarı bloklayacaq. Beləliklə də hipoterik olaraq 200-ə yaxın dövlətinin səsi ABŞ vetosu ilə batırılacaq. Bu hadisə bir daha Türkiyə prezidenti R.T.Ərdoğanın "dünya beşdən böyükdür" tezisinin nə qədər aktualığını göstərib. Həqiqətən də BMT bir beynəlxalq qurum kimi heç nəyə yaramır, yeni təhlükəsizlik arxitekturasının və nizamının qurulmasına ciddi zərurət var. Əks halda bu kimi presidentlər planeti məhvə sürükləyir. Maduro diktatordur, ölkəsinin zəngin sərvətlərinə baxmayaraq əhalisini dilənçi və qaçqın salıb. Amma Birləşmiş Ştatlar bundan sonra bu ölkəyə rifah, demokratiya və inkişaf gətirəcəyi də sual altındadır. Ağ Ev Venesuelaya bu dəyərlər üçün deyil təbii resurslara nəzarət üçün təcavüz edib. İndiyədək də xilas vədi verdiyi Yaxın Şərq, Əfqanıstan və Vyetnam kimi acı təcrübələr ortadadır”.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər