Starmer ABŞ-nin Venesuelaya hücumunu qınamayıb
Bütün vacib faktları bir yerə toplamaq istəyirəm. Hazırda tam mənzərəni əldə edə bilməmişik. Hər şey sürətlə baş verir.
"İnformator.az" xəbər verir ki, bu sözləri Britaniya Baş naziri Keyr Starmer BBC-nin efirində ABŞ-nin suveren ölkəyə hücumunu pisləmək istəyib-istəmədiyi sualına cavabında deyib.
O, ABŞ hərbi əməliyyatında Böyük Britaniyanın iştirakının olmadığını təsdiqləyib. Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.
