Stilist Elnur Həsənov: "Dəbin arxasınca düşün, amma özünüzə yaraşanı geyinin".
Stilist Elnur Həsənov dəb, moda barədə fikirlərini İnformator.az oxucuları ilə bölüşüb. Stilistin fikirlərini təqdim edirik...
İnsanların dəblə geyinməsində stilistlərin rolu nədən ibarətdir?
Əgər bir insanın zövqü yoxdursa, bədən dilini tanımırsa, düzgün geyinmirsə, rəngləri bir-birinə uyğunlaşdırmırsa, sistem buna kömək edəcək. Ona görə də indiki dövrə stilistlər lazımdır. Hazırda Azərbaycanda geyim kombinləri üçün stilistilər azdır, barmaqla sayılası qədərdir. Hazırda Azərbaycanda saç və makiyaj ustalarına stilist deyirlər, bu düzgün deyil. Bu yeni-yeni dəbə gəlir. Amma dünya ölkələri ilə müqayisədə demək olar ki, Azərbaycanda azdır.
Moda məsləhətçiləri kimləər deyilir?
Bu gün moda tənqidçiləri də var. Onlar modanı diktə edirlər. Təbii ki, hər modanın dəb məsləhətçisi var. Onlar hər şeyi araşdırırlar. Podyumda markalara baxsaq, görürük ki, bir marka hazırlayıb bunu bir səpkidə, digəri də buna oxşar və ya fərqli şkildə təqdim edir. 2-3il bundan əvvəl bir dünya markası arı loqolarını buraxmışdı. Və digər marka da onun, sadəcə, adını dəyişdirib, eyni loqonu buraxmışdı. Moda məsləhətçiləri bunları dünya ilə bölüşürlər.
Moda həvəskarlarını necə ayırd edə bilərik?
Mənim fikrimcə, iki cür moda həvəskarları var: öyrənmək istəyənlər və öyrənmək istəməyənlər. Məsələn, adi yaxud məşhur insan gəlir, onu geyindirirlər çəkiliş üçün. Amma onlar mütəmadi olaraq çalışmırlar. Elə insanlar da var ki, hər zaman səni yanında istəyir. Məsələn, şəkilləri atırlar ki, bunu necə geyinim, yaxud jurnallara baxır. Onlar öyrənmək istəyir. Elə bir zəmanədə yaşayırıq ki, əlinin altında hər şey var - internet. Əvvəllər isə ancaq dərgilər, qəzetlər olurdu.
Dəblə geyinək, yoxsa yaraşanı?
Əgər insan öz bədənini tanıyırsa, özünə yaraşanı tapıb geyinməlidir. Dəblə ayaqlaşmalıdır, özünə yaraşan şəkildə təqdim etməlidir. Dəb 12 ildən bir dəyişir. Məsələn, artıq 1995-1996-cı il yenidən dəbə gəlir. Böyük botlar dəbdə olacaq. Onu da qeyd edim, dəb Azərbaycana gec gəlir. Keçən il dünyada rezin botlar dəbdə idi. Bu il daha çox aktuallığını önə çəkib. Uzunluq boyları topuğa qədər olan ətəklər, hündürbel şalvarlar dəbdə olacaq. Daha çox yağışlıqlar dəbdə olacaq. Rənglərə gəldikdə isə torpaq tonları, tünd qırmızı, xaki tonları dəbdə olacaq.
Oxuculara nə demək istəyərdiniz?
Bəylər və xanımlar, özünüzə yaraşanı geyinin, məkana uyğun olaraq. Gözəl görünün.
