Stolüstü tennis üzrə Avropa çempionatından sonra oyunçuların oktyabr reytinqi
Kişilər arasında bir neçə aydır ki , reytinq cədvəli dəyişməz qalır.
Gənclər və idman nazirliyindən İnformator-a verilən məlumta görə, Ma Lun liderliyi qoruyub saxlamış və onun ardınca isə Süy Sin , Fen Jendonq , Çjan Tzike və Dmitriy Ovçarov , altıncı yerdə Dzyun Mizutani , yeddinci və səkkizinci yerlərdə Timo Boll , Markoş Freytaş , daha sonra isə Fanq Bo və Çvan Çiyan qərarlaşırlar.
Vladimir Samsonov 10 ən güclü oyunçular sırasından çıxmışdır. Qadınların reytinqində əsaslı irəliləyişə Ai Fukuxara nail olub. O , iki pillə irəliləyərək Din Nin ( dəyişməz lider ) , Lyu Siven və Çju Yulindən sonra dördüncü yerə qədər yüksəlib. Avropa çempionatı bir neçə avropalı qızlar üçün uğurlu olub.
Hollandiyalı Li Dciye 22- ci yerdən 14- cü yerə , rumıniyalı Elizabet Samara 21- ci yerdən 16- cı yerə və almaniyalı Patrissiya Solya 36- cı yerdən 26- cı yerə qədər irəliləyib.
