00:00:00
Yazar
Admin User
12.11.2015 07:31 734 1 dəq oxuma
İdman

Stolüstü tennisçilərimiz Estoniyaya yola düşüb

Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya yola düşüb.
Stolüstü tennisçilərimiz Estoniyaya yola düşüb

Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya  yola düşüb.

İnformator xəbər verir ki, idmançılarımız Haapsala şəhərində tanınmış tennis ustası Albert Kanepinin xatirəsinə həsr olunmuş yunior və kadetlər arasında keçiriləcək açıq turnirdə iştirak edəcəklər. Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq xarakterli tədbirində idmançılar komanda və şəxsi dərəcələrdə mübarizə aparacaqlar.

Yarışlar noyabr ayının 15 – dək davam edəcək.




#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər