00:00:00
Yazar
Admin User
01.08.2023 14:15 290 1 dəq oxuma
Sosial

Subbakalavrlara xəbərdarlıq: Elektron ərizə təsdiq vaxtı bitdi

Subbakalavrlara xəbərdarlıq: Elektron ərizə təsdiq vaxtı bitdi

Ali məktəblərə ixtisas seçimində iştirak hüququ əldə etmək istəyən kollec məzunu olan subbakalavrlar üçün elektron ərizələrini təsdiq etmə vaxtı bitib.

 

İnformator.az xəbər verri ki, subbakalavrların ixtisas seçimi ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərlə birgə aparılacaq. Karyera və təhsil mütəxəssisi Rizvan Abışovun sözlərinə görə, bu il subbakalavr kimi ali məktəbə qəbul olmaq istəyənlərin şansları, 1-ci və 2-ci ixtisas qrupları üzrə daha çoxdur. Bu ixtisaslar üzrə fərqlidir: “Məsələn, maliyyə yönümlü, komputer yönümlü ixtisaslarda qəbul şansı daha yüksəkdir. Amma 3-4-cü qruplarda bunu demək daha çətindir”.


Ekspertlər subbakalavrlar arasında da rəqabət olacağını deyir. Onu da qeyd edək ki, 9 illikdən ixtisas seçimi iyulun 31-dən avqusun 7-dək, ali məktəblərə ixtisas seçimi 1-4-cü qrupların şans imtahanlarının nəticələri elan olunandan sonra, 11 illikdən kolleclərə isə, ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə seçimlə birgə aparılacaq. Peşə məktəblərinə qeydiyyat isə avqustun 11-dək davam edir.

Rahim

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər