00:00:00
Yazar
Zəhra Həsənova
01.09.2026 23:06 109 1 dəq oxuma
Sosial

Sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər tətbiq olunur - DETALLAR

Sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər tətbiq olunur - DETALLAR

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir və sahibkarlıa fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur". Bunu Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəsmisi Zaur Kərimov deyib. 

 

Onun sözlərinə görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilən tələblərə uyğun olaraq Xidmətə ərizə ilə müraciət ünvanlayırlar. Müraciət çərçivəsində ərizəçinin təqdim etdiyi sənədlər təhlil olunur və onların müvafiq Qaydanın tələblərinə uyğunluğu yoxlanılır.

 

Bununla yanaşı, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, həmçinin su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı suların tərkibi araşdırılır. 

 

Həmçinin, vurğulanıb ki, bu gündən ölkədə sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.

#yeni #tətbiq #xəbər #gündəm #istifadəyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər