Sudanda 200 nəfər bu səbəbdən dolayı öldürülüb
Sudanın hərbiləşdirilmiş birləşmələri - Sürətli Reaksiya Qüvvələrinin həyata keçirdiyi etnik təmizləmələr nəticəsində 200-dən çox şəxs öldürülüb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Şimali və Qərbi Darfurun bəzi bölgələrində üsyançılar mülki əhalini etnik mənsubiyyətə görə məqsədli şəkildə öldürüb.
Sudanın həkimlər təşkilatı bu, hücumları beynəlxalq humanitar hüquq və insan haqları normalarının kobud pozuntusu kimi qiymətləndirib.
Agentliyin məlumatına görə, Sürətli Reaksiya Qüvvələrinin nümayəndələri hələki heç bir açıqlama verməyiblər.
