00:00:00
Yazar
Admin User
31.01.2026 19:53 64 1 dəq oxuma
Dünya

Səudiyyə maliyyə bazarını xarici investorlar üçün açır

Səudiyyə maliyyə bazarını xarici investorlar üçün açır

Fevralın 1-dən etibarən Səudiyyə Ərəbistanı maliyyə bazarını xarici investorlar üçün açacaq onlara birbaşa investisiya yatırmaq imkanları yaradacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə“ telekanalı məlumat yayıb.

 

Məlumata görə, bu addım Krallığın maliyyə bazarı tarixində ən mühüm tənzimləyici dəyişikliklərdən biri hesab olunur. Kapital Bazarı İdarəsi yeni tənzimləyici çərçivəni təsdiqləyib. Yeni qayda qeyri-rezident xarici sərmayədarların əsas bazara birbaşa daxil olmasına imkan verir.

 

Təsdiqlənən tənzimləyici dəyişikliklər investor bazasının genişləndirilməsi və şaxələndirilməsi, xarici kapital axınlarının dəstəklənməsi, bazarda likvidliyin artırılması məqsədi daşıyır. Bu isə Səudiyyə Ərəbistanı maliyyə bazarının dünyanın ən yaxşı 10 maliyyə bazarı sırasında yer alması hədəfləri ilə uyğunluq təşkil edir.

 

Qurum qəbul edilən dəyişikliklər çərçivəsində “ixtisaslı xarici investor” anlayışını ləğv edib, həmçinin qeyri-rezident xarici investorlara yalnız iqtisadi faydalar əldə etməyə imkan verən svop (mübadilə) sazişləri üzrə tənzimləyici çərçivənin tətbiqini dayandırıb. Bununla da əsas bazarda siyahıya alınan səhmlərə birbaşa investisiya üçün yol açılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər