Səudiyyə qüvvələri Yəmənə zərbələr endirib
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin təyyarələri Yəmənin Əl-Məhra administrasiyasının mərkəzi Əl-Qayda şəhərindəki Cənubi Keçid Şurasının separatçı mövqelərinə hava hücumları həyata keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə AIC televiziya kanalı məlumat yayıb.
Əl-Qayda ərazisindəki separatçı qüvvələrin silahlarını yerə qoymaqdan və əyaləti tərk etməkdən imtina etdikdən sonra hava hücumlarına məruz qaldığını bildirib. Tələfat barədə informasiya verilməyib.
