00:00:00
Yazar
Admin User
01.10.2025 18:38 101 1 dəq oxuma
İdman

Səudiyyə Ərəbistanı niyə EA-ya 55 milyard dollar xərcləyib?

Səudiyyə Ərəbistanı niyə EA-ya 55 milyard dollar xərcləyib?

 

Bu barədə BBC-də idman müxbiri Nesta McGregor bildirib :

“Məşhur oyun şirkəti Electronic Arts (EA) 55 milyard dollara satılır. Yeni sahib isə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) rəhbərliyindəki konsorsium olacaq. Bu, fondun “Newcastle United” futbol klubu və LIV Golf layihəsinə qoyduğu sərmayədən qat-qat böyükdür.

 

Ekspertlər bu addımı Səudiyyə Ərəbistanının “yumşaq güc” strategiyasının bir hissəsi kimi dəyərləndirirlər. Tənqidçilər isə bunun ölkənin insan haqları ilə bağlı problemlərindən diqqəti yayındırmaq məqsədi daşıya biləcəyini deyirlər.

 

EA hazırda FIFA-nın yeni brendi EA Sports FC, Battlefield, Need for Speed, The Sims və digər məşhur oyunların istehsalçısıdır. Şirkətin futbol seriyası 325 milyon, “The Sims” 200 milyon, “Need for Speed” isə 150 milyondan çox nüsxə satılıb.

 

Mütəxəssislər bildirirlər ki, bu satınalma ilə Səudiyyə Ərəbistanı yalnız oyun bazarında iştirakçı deyil, həm də istiqamətverici gücə çevriləcək. EA isə əlavə kapital hesabına daha da “turbo yüklənmiş” şəkildə inkişaf edə biləcək”. 

 

BBC sport

Ayşə Natiq qızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər