Sülh Şurası BMT ilə müəyyən məsələlərdə əməkdaşlıq edəcək
Sülh Şurası müəyyən hallarda BMT ilə qarşılıqlı əlaqədə olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadan Vaşinqtona uçuşu zamanı təyyarəsində bildirib.
"Düşünürəm ki, BMT bizə bir az kömək edə bilər. Dünyanın ən böyük liderləri Sülh Şurasına qoşulur və biz konkret hallarda BMT ilə işləyəcəyik", - deyə o bildirib.
Ağ Ev rəhbəri iki təşkilatın hansı məsələlər üzrə əməkdaşlıq etməyi planlaşdırdığını izah etməyib.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik daha əvvəl bildirib ki, dünya təşkilatının nümayəndələri 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılan Sülh Şurasının iclasında iştirak etmək üçün dəvət almayıblar.
