00:00:00
Yazar
Admin User
04.09.2025 16:21 125 2 dəq oxuma
İdman

“ Sumqayıt” Höccət Haqverdini geri qaytarıb

“ Sumqayıt” Höccət Haqverdini geri qaytarıb

Sumqayıt” növbəti transferini açıqlayıb. Höccət Haqverdi yenidən “kimyaçılar”ın uğuru üçün çalışacaq. 32 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 3 nömrəli formanı geyinəcək. Xatırladaq ki, Haqverdinin son klubu “Neftçi” olub. Bundan əvvəl isə futbolçu 2021–2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.

 

 

Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Sumqayıt” klubu Höccət Haqverdini geri qaytarıb, müqavilə imzalayıb:

 

“Höccət, əslində, Azərbaycan Premyer Liqası üçün çox da zəif futbolçu deyil. Azərbaycan Premyer Liqasında oynayacaq səviyyədədir və nəzər alsaq ki, “Sumqayıt” da yaxşı təsir bağışlayır yeni mövsümdə. Düşünürəm ki, Höccət “Sumqayıt”a layiqli futbolçudur və onun geri qayıdışına da xüsusi bir səbəb yoxdur. Çünki Azərbaycanda futbolçu bazası geniş deyil, həm yerli, həm də legioner baxımından. Buna görə də Höccət Haqverdinin qayıdışı normaldır. Düzdür, könül istərdi ki, akademiyanın və aşağı yaş qruplarının futbolçularına üstünlük verilsin. Amma bizdə biraz inamsızlıq var gənclərə qarşı, bu səbəbdən Haqverdinin təcrübəsinə və milli komandanın oyunçusu olduğuna görə dəvət ona gəlib və yenidən “Sumqayıt”ın heyətində çıxış edəcək. O ki qaldı azarkeşlər, onlar fikirlərində azaddır, tam normaldı. Yəqin ki, yaxşı oyun sərgiləsə azarkeşlər ondan razı qalacaqlar. Ancaq klubun imicinə gəldikdə isə Höccət sıradan bir futbolçudu, yəni normal futbolçudu. Düşünürəm ki, onun varlığı xeyir verə bilər. Zəif çıxış etdiyi halda isə baş məşqçi onu ehiyatda saxlaya bilər. Bu futbolçunun performansından asılıdır. Yəqin ki, bunla bağlı öz üzərində işləyəcək".

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər