Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanıldı
Sumqayıtda evə basqın edərək iki nəfəri qətlə yetirib, dörd nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisə ilə bağlı yeni detallar ortaya çıxıb.
Arb-nin verdiyi xəbərə əsasən, 2 nəfərin öldüyü 4 nəfərin yaralandığı hadisəni qonşunun törətdiyi deyilir. Həmin şəxs Fərəcovlar ailəsi ilə eyni məhəllədə yaşayan Tağıyev Müşviq Məhəmməd oğludur.
İddialara görə, saxlanılan şəxs əlində odlu silahla hadisə yerinə gedərkən kameraya düşüb. Şübhəlinin anası deyir ki, ailə ilə yaxından gediş-gəlişləri olub. Bu günə kimi aralarında heç bir problem yaşanmayıb.
“Mən işə gedirdim saat 7-də soruşdum ki, Müşfiq hardasan? Dedi gedirəm işə svarka eləməyə. Səhər səhərdi uje o partlayış olmuşdu”.
Hadisə ilə bağlı hər iki ailə ilə bir küçədə yaşayan qonuşlar da məlumatsızdı.
“Neçə illərin qonşusuydu o tərəfdə uzaqdan tanıyırdım. Aralarında ədavət olubsa da, bilmirik. Saxlanlılan şəxs əvvəl Rusiyada yaşatlb. Haçan anasından soruşaq, deyirdi ki, Rusiyadadı. Onların heç kəslə işi yox.
Fərəcovlar ailəsinin qohumu Şəmsəddin Hüseynov isə açıqlamasında deyib ki;
“Nə evə girə bilirik, evə buraxmırlar. Hələ ki, istintaq gedir də. İndi polislər aydınlaşdırandan sonra hər şey bilinəcək də. Heç nə bilmirik, biz də sizin kimi. Biz onu bilirik ki, buların heç kimlə problemi olmayıb”.
LAMİYƏ
